Ən çox bu rayonlardakı məktəblər bağlanıb – RƏSMİ

Hazırda oxunan: Ən çox bu rayonlardakı məktəblər bağlanıb – RƏSMİ

582312

Azərbaycanda bir sıra ümumtəhsil müəssisələrinin ixtisar edilməsi və ya digər məktəblərlə birləşdirilməsi davam edir. Təhsil infrastrukturunun optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və tədris imkanlarının yaxşılaşdırılması istiqamətində daha bir neçə məktəbin ixtisar olunacağı gözlənilir. 

Ümumilikdə indiyə qədər rayonlar üzrə Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb vardısa, bu il 245-ə enib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ixtisarlar əsasən, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq aparılan təhlillərdən sonra edilir, yəni rasionallaşdırılma həyata keçirilir.Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.

Mövzuyla əlaqədar təhsil üzrə ekspert Emma İbrahimova Bizim.Media-ya bildirdi ki, ümumiyyətlə çox sayda kiçik məktəbləri saxlamaq dövlət üçün əlavə xərcdir. Məktəblərin azaldılması, birləşdirilməsi son illərdə tətbiq olunan təhsil siyasətidir, yəni təhsil islahatlarının bir növüdür. 

“Bunun bir çox səbəbləri var. Əsas səbəblərdən biri şagird sayının azalmasıdır. Bu daha çox özünü bölgələrdə göstərir.  Ümumiyyətlə hansısa kənddə məktəb bağlanırsa və ya digər məktəbə birləşdirilirsə, bu, orada əhalinin sayının azalması,  miqrasiyası ilə bağlıdır. Kəndlərdə yaşayan gənclər şəhərlərə axın edirlər yaxud xaricə köçürlər. Digər tərəfdən doğum nisbəti də əvvəlki illərə müqayisədə aşağıdır, bu da əhalinin getdikcə azalmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, şagird sayı az olan məktəblərin daha böyük məktəblərə birləşməsi uşaqlar arasında sosial mühiti də formalaşdırır.

“Amma çətinlik törədən mənfi tərəfləri də odur ki, bəzi şaşirdlərdə gediş-gəliş problemi yaranır, kənddə sosial boşluq yaradır. Hansısa müəllim işlə təmin olunmaya bilər” – deyə o, vurğuladı.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin