Akademik Tofiq İsmayılovun oğluna HÖKM OXUNDU

Hazırda oxunan: Akademik Tofiq İsmayılovun oğluna HÖKM OXUNDU

582298

Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə bir il sınaq müddəti olmaqla şərti cəza verilib.

Səbinə İsmayılovaya cəza təyin edilməyib.

Təqsirləndirilən şəxslər bir milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Mirheydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin