Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbərlərə rəsmi reaksiya verilib.
Bizim.Media xəbər verir ki, qafqazinfo.аz bazar üçün Ağdamın hansı hissəsində yer ayrılması, prosesin nə vaxt başlayacağı ilə bağlı sualları aidiyyəti qurumlara ünvanlayıb.
Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb: “Bu, feyk xəbərdir. Maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı məlumat yoxdur”.
Qeyd edək ki, Bakıdakı maşın bazarının köçürüləcəyi haqda məlumatda belə əsaslandırılır ki, avtomobil bazarı və logistika infrastrukturunun qurulması Ağdamı ölkənin dinamik iqtisadi zonalarından birinə çevirəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:34 / 25.11.2025
Maşın bazarının Ağdama köçürülməsi xəbərinə RƏSMİ REAKSİYA
Hazırda oxunan: Maşın bazarının Ağdama köçürülməsi xəbərinə RƏSMİ REAKSİYA
Hazırda oxunan: Maşın bazarının Ağdama köçürülməsi xəbərinə RƏSMİ REAKSİYA
582294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































