Rəşad Mahmudov: “Həkim axtarırıq, amma hazır yetişmiş kadrlardan istifadə edə bilmirik”

Hazırda oxunan: Rəşad Mahmudov: “Həkim axtarırıq, amma hazır yetişmiş kadrlardan istifadə edə bilmirik”

582290

“Rusiya və digər MDB ölkələrində tibb təhsili və kliniki ixtisaslaşma almış yüzdən çox vətəndaşımızın müraciəti daxil olub. Bu gün də o müraciətlər artmaqdadır. Söhbət xaricdə, MDB məkanında alınmış kliniki təhsilin ölkəmizdə tanınması problemindən gedir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni rezudentura proqramının tətbiqindən sonra bir qrup həkimlərin Azərbaycanda fəlaiyyətə başlaması həddindən çox çətinləşib:
 

“Bəzən bu tam qeyri-mümkün vəziyyətə düşüb. İlkin baxışda texniki məsələ kimi görünə bilər. Əslində, burada həm insan hüquqları, həm də ölkəmizin səhiyyə ehtiyacları, həm də bəzi beynəlxalq səviyyədə hüquqi öhdəliklər məsələsi var. Bu insanlar, əslində bir çoxu bizim vətəndaşımızdır və yaxud MDB ölkələrinin vətəndaşı olmaqla yanaşı əslən azərbaycanlıdırlar, Azərbaycan dilini bilirlər və öz ölkələrində xidmət göstərmək istəyirlər. Onların böyük bir hissəsi yüksək səviyyəli klinikalarda işləyib, bu gün də öz peşələrini vətənlərində, Azərbaycanda icra etmək istəyirlər.


Heç bir ölkə belə resursu geri çevirmir. Kadr çatışmazlığı zamanı belə bir fürsəti dəyərləndirmək lazımdır. Ölkədə, regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur. Həkim axtarırıq, amma hazır yetişmiş resursdan da istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiyadan keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır olduqlarını bildirirlər. Diplomların tanınması ilə bağlı bir sıra qanunlar və öhdəlikər var. Yəni rədd qərarının hüquqi əsası olmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin