Xətai rayonunun Köhnə Günəşli qəsəbəsi, Rüfət Əsgərov küçəsində aparılan qazıntı işlərindən sonra yol keçilməz hala düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.
Qeyd olunub ki, ərazidə yüksək gərginlikli elektrik xətlərinin yerin altına keçirilməsi üçün qazıntı aparılıb, lakin işlər keyfiyyətsiz şəkildə icra olunub.
"Nəticədə lyuklar yol səthindən hündür vəziyyətdə qalıb, həmçinin qazıntı zamanı su xətlərimiz də zədələnib. Su xətləri hazırda yüksək gərginlikli elektrik kabellərinin üzərində yerləşir. Bu isə təhlükə yaradır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin heç bir tədbir görülməyib. Xətlər dəyişdirilməyib, yol isə yararsız vəziyyətdə qalıb", - deyə şikayətçi vurğulayıb.
Mövzu ilə bağlı Xətai Rayonu İcra Hakimiyyətindən bildirilib ki, müraciətlə bağlı müvafiq qurumlara məlumat verilib.
Bakı Sukanal İdarəsindən “Xəttin əsaslı təmirə ehtiyacı var. Tədbir görüləcək" fikirləri səsləndirilib.
"Azərişıq"ASC isə həmin ərazidə əvvəllər 35 kV-luq ikidövrəli hava xəttinin olduğu deyilib:
"Orada xətlər tikililərin üstü ilə keçirdi. Təhlükəsizlik məqsədi ilə onlar kabellə əvəzlənib və yeraltı çəkilib. İşlər yekunlaşmaq üzrədir. Lyukların üzdə olmasının səbəbi işlərin yekunlaşmaması ilə bağlıdır. Asfalt örtüyü yenilənir. 2-3 gün ərzində sonuncu asfalt örtüyü də vurulacaq. O ki qaldı əraziyə suyun yığılmasına, onun bizim çəkdiyimiz xətlə heç bir əlaqəsi yoxdur. Həmin ərazidə heç bir xətti zədələməmişik".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, şikayətlə bağlı müvafiq sukanal idarəsində iş əmri açılıb: "Əraziyə briqada göndəriləcək və lazımi işlər görüləcək".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 25.11.2025
Köhnə Günəşlidə su xətləri elektrik kabellərinin üzərindən keçir?
Hazırda oxunan: Köhnə Günəşlidə su xətləri elektrik kabellərinin üzərindən keçir?
Hazırda oxunan: Köhnə Günəşlidə su xətləri elektrik kabellərinin üzərindən keçir?
582288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































