Fazil Mustafa: “Sabah hansısa bina uçsa, bunun məsuliyyətini heç kim daşımayacaq”

Hazırda oxunan: Fazil Mustafa: “Sabah hansısa bina uçsa, bunun məsuliyyətini heç kim daşımayacaq”

582281

“Dünən Hövsanda bir binanın balkonunun uçması nəticəsində qadın xəsarət alıb. Çünki bina qəzalı binadır. Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binanın vəziyyəti ilə tanış oldum. Bütün dövlət orqanlarına müraciət etdim və hamının aktları var ki, bina qəzalıdır. Yəni hamı özünü sığortalayıb. Sabah hansısa bina uçsa, bunun məsuliyyətini heç kim daşımayacaq”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün sadə bir mexanizm var:

“Sahibkar bir binanı götürür, dövlət büdcəsindən bir qəpik pul xərcləmir. Beş mərtəbə əvəzinə doqquz mərtəbəli bina tikir. Sakinləri bir il kirayədə saxladıqdan sonra onları tikdiyi binaya köçürür və əlavə, dörd mərtəbəni də satır, özü pul qazanır. Sadə mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatını risk altına qoymağın məsuliyyətini heç kim daşımayacaq. Çünki hamının aktı var və hamı özünü sığortalayıb. Bu baxımdan, mən təklif edirəm ki, bu qanun layihəsində müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətinin konkretləşməsi məsələsinə baxılsın”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin