Serbiyadan Bakıya birbaşa uçuşlar başlayır

Hazırda oxunan: Serbiyadan Bakıya birbaşa uçuşlar başlayır

582242

Belqrad və Bakı arasında birbaşa reyslərin açılması üçün danışıqlar aparılır.

Bizim.Media xəbər verir ki, Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” nın baş direktoru Jiri Marek Serbiya Radio Televiziyasına (RTS) bildirib ki, uçuşlar gələn ilin yayında başlaya bilər.

Onun sözlərinə görə, birbaşa reyslərin açılması üçün Azərbaycanla danışıqlar son mərhələdədir. “Air Serbia” Yaxın Şərqə yeni aviareysin açılması imkanını da nəzərdən keçirir.

"Biz Avropada şəbəkəmizi daha da genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırırıq. Tbilisiyə birbaşa aviareysin uğurla açılmasından sonra biz Bakıya növbəti marşrutumuzun açılması üçün danışıqların son mərhələsindəyik. Bu barədə qərar tezliklə veriləcək. Biz həmçinin Yaxın Şərqdəki istiqamətləri nəzərdən keçiririk", - deyə Marek bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin