Ağdamda həmyerlilər arasında başlayan mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonunun Zəngişalı kəndində baş verən hadisə zamanı Baxşəliyev Teymur Həsən oğlu həmyerlisi Cabbarov Sahib Camal oğluna bıçaq xəsarəti yetirib.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasında əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
































































































