Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:28 / 21.11.2025
FHN: Yanğın binanın elektrik şaxtasında baş verib
Hazırda oxunan: FHN: Yanğın binanın elektrik şaxtasında baş verib
Hazırda oxunan: FHN: Yanğın binanın elektrik şaxtasında baş verib
581777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































