Kürdəmirdə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə axşam saatlartında rayonun 4 saylı uşaq bağçası körpələr evinin ikinci mərtəbəsində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 800 kv metr olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 kv metr olan otaqda 2 ədəd dolab 3 ədəd çarpayı və döşəmə yanıb. Otağın qalan hissəsi isə yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki bir müddət öncə də adıçəkilən uşaq bağçası körpələr evində yanğın faktı qeydə alınmışdı.




Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:42 / 21.11.2025
Kürdəmirdə uşaq bağçasında yanğın oldu - FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə uşaq bağçasında yanğın oldu - FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə uşaq bağçasında yanğın oldu - FOTO/VİDEO
581763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































