Babək prospektində təmir sexində yanğın oldu - VİDEO

Hazırda oxunan: Babək prospektində təmir sexində yanğın oldu - VİDEO

581741

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450kv.m. olan avtomobil təmiri sexində təmirə dayanmış "PORSCHE" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin