Qusarda YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTO

Hazırda oxunan: Qusarda YAP-ın yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTO

581738

Qusar rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdən əvvəl müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Yeni Azərbaycan Partiyasının keçdiyi uzun və şərəfli tarixi yol haqqında videoçarx nümayiş etdirilib.

Tədbiri Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov giriş nitqi ilə açıb.

Tədbirdə həmçinin Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev və digər natiqlər çıxış ediblər.

Daha sonra yubiley yaşı tamam olmuş partiya veteranlarına fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.












Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin