Daşkənddə Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirildi – FOTO

Hazırda oxunan: Daşkənddə Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirildi – FOTO

581736

Özbəkistan Gənclər İttifaqı və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Özbəkistan–Azərbaycan Gənclər Konfransı keçirilib.

Bizim.Media “editor.az”a istinadən xəbər verir ki, konfransda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, universitetin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Gənclər İttifaqının sədr müavini Qədircan Əsədov, Özbəkistan Ali Məclisi yanında Gənclər Parlamentinin sədri Otabek Sabitov, eləcə də ölkənin aparıcı alimləri və gənc liderləri iştirak edib.

Özbəkistan nümayəndə heyəti adından çıxış edənlər vurğulayıblar ki, Azərbaycan və Özbəkistanı əsrlərdən gələn tarixi dostluq və qardaşlıq bağları birləşdirir.

Hazırda yalnız dövlətlər arasında deyil, eyni zamanda Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyev arasında olan möhkəm dostluq və strateji tərəfdaşlıq iki ölkə gəncləri üçün də geniş imkanlar açır.
 

Bildirilib ki, iki ölkənin gəncləri elm, innovasiya, mədəniyyət və startap layihələrində birgə təşəbbüslərlə yeni əməkdaşlıq modeli formalaşdıra bilərlər. Gənclər siyasəti və təhsil mübadilələri Azərbaycan–Özbəkistan münasibətlərinin strateji inkişafında mühüm rol oynayır.


Qeyd olunub ki, hər iki ölkənin gənclərinin milli dəyərlərin təbliği və informasiya mübarizəsində həqiqətlərin müdafiəsi istiqamətində ortaq fəaliyyəti zəruridir.

Konfransda çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, təhsil eksperti Ürfan Qədimov Azərbaycanda Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərindən, gənclərə göstərilən yüksək diqqət və qayğıdan, təhsil və innovasiya sahəsində son illərdə əldə edilən nailiyyətlərdən danışıblar.

Onlar həmçinin Qarabağ zəfərinin Azərbaycan gənclərində yaratdığı milli qürur hissinin ölkənin beynəlxalq aləmdə güclənən nüfuzu ilə birgə gənclərin fəallığını daha da artırdığını diqqətə çatdırıblar.

Vurğulanıb ki, Azərbaycan və Özbəkistan gənclərinin birgə layihələri, tələbə və ekspert mübadiləsi, ortaq forumlar və startap əməkdaşlığı iki xalq arasındakı tarixi-mədəni yaxınlığı daha da möhkəmləndirəcək. Bu əməkdaşlığın iki ölkə arasında  təsir göstərəcəyi qeyd olunub.
Konfrans müzakirələrlə davam edib.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin