154 kq at ətini mal əti adı ilə Bakıda satmaq istədi – FOTO

Hazırda oxunan: 154 kq at ətini mal əti adı ilə Bakıda satmaq istədi – FOTO

581689

Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bərdə rayonu, Bakı küçəsində Novruzov Zaur Məmməd oğluna məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Bizim.Media xəbər verir ki, yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Hüseynov Natiq Vaqif oğlu tərəfindən mal əti adı altında satış məqsədilə Bakı şəhərinə aparıldığı müəyyən edilib.
 

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.


Araşdırmalar davam etdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin