Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt yolunda təhlükə saçan “qarmoşka” avtobuslar – Sürücülər çətin DURUMDA – VİDEO
Məlumatda bildirilib ki, nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.
Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb.
Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb.
Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.
Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub.

Surxay Atakişiyev, Bizim.Media
























































































