Tamştatlı müəllim axşam 6-dək işləyəcək? – Nazirdən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Tamştatlı müəllim axşam 6-dək işləyəcək? – Nazirdən AÇIQLAMA – VİDEO

581626

“Yeni mexanizmin məqsədi müəllimin saat 6-ya qədər məktəbdə qalması demək deyil”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

O bildirib ki, məqsəd həm də müəllimin daha geniş fəaliyyət imkanlarının olmasıdır:

“Hazırda “tamştatlı müəllim” anlayışı yalnız 30–36 saatlıq həftəlik iş yükü kimi tənzimlənir, amma konkret mexanizm yoxdur. Biz isə bu işi real 30–36 saatlıq iş modeli kimi görürük. İdman müəllimi məktəb turnirləri təşkil edə bilər. Bu fəaliyyətlər hazırda faktiki olaraq edilir, amma ödənişsiz edilir.

Məsələn, idman müəllimi məktəbdə turnir keçirir. Amma biz bu işə maaş vermirik. Niyə? Çünki onun iş saatı yalnız dərs yükünə hesablanır. Yeni modeldə isə bu fəaliyyətlərə görə ödəniş ediləcək”.

Daha ətraflı videomaterialda:



Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin