“Müəllimlərin növbəti sertifikatlaşmada iştirakı üçün motivasiya olmalıdır” - Emin Əmrullayev

Hazırda oxunan: “Müəllimlərin növbəti sertifikatlaşmada iştirakı üçün motivasiya olmalıdır” - Emin Əmrullayev

581616

“2027-ci ildə ilk dəfə sertifikatlaşmada ikinci dövrədə sertifikatlaşmaya cəlb olunacaqlar.

Növbəti sertifikasiyada 10 və 35 faiz əmsallardan yox, vahid bir əmsaldan istifadə edə bilərik”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında deyib.

O bildirib ki, müəllimlərin növbəti sertifikatlaşmada iştirakı üçün motivasiya olmalıdır:

"Birinci mərhələdən fərqli olaraq indi başa düşürük ki, sistemdə qalan müəllimlərin heç olmasa minimal biliyi var.
 

İndi isə təklif edirik ki, mövcud sistemin sertifikasiyanın növbəti mərhələsindən keçən müəllimlər üçün vahid bir əmsal əsasında, yəni bir rəqəm səsləndirməklə nə vəd, nə qərar verirəm. Sadəcə, təklif verirəm və bu müxtəlif dövlət qurumlarının razılaşmasını tələb edən məqamdır.


Amma bu rəqəmin şərti olaraq müəllimin əməkhaqqısını əsaslı şəkildə artıracaq bir əmsal kimi görürük. Qərar qəbul olunmadığı üçün rəqəm elan etməyim doğru deyil.

Sertifikatlaşdırmadan keçən müəllimin maaşını şərti olaraq 30 faiz artırmağa imkanımız çatırsa, artıq bu şəkildə müəllim həyatına davam edir.
 

Müəllimlər 2027-2028-ci ildə  sertifikasiyadan keçir və əvvəlki qayda ilə biz yenə müəllimin əməkhaqqısına 10% əlavə ediriksə, onun həyatında heç nə dəyişmirik.


Bir də onu imtahan edib, keçsə 10% əlavə verməyin mənası yoxdur. Müəllim üçün də motivasiya olmalıdır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin