Sığınacaqda 16 yaşlı qız öldü: Atası 2 gün əvvəl imtina edibmiş - FOTO

Hazırda oxunan: Sığınacaqda 16 yaşlı qız öldü: Atası 2 gün əvvəl imtina edibmiş - FOTO

581592

Noyabrın 19-u Binəqədi rayonu, Motodrom qəsəbəsinin ərazisində yerləşən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında ölüm hadisəsi qeydə alınıb.

Sığınacaqda yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilən N.Cəfərova bir neçə saat sonra vəfat edib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi açıqlama yayıb.
 

Məlumata görə, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub. Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb.


Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiya Federasiyasında yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Qiymətləndirmə prosesində Nurcan da xalanın ailəsinə geri qayıtmaq istəmədiyini qeyd edib.

Nurcan Cəfərovanın təhlükəsizliyinin təmin edilməsi və mənafeyinin qorunması məqsədilə o, Agentliyin 11.09.2025-ci il tarixli qərarı ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib və sığınacaq tərəfindən uşaqla sosial-psixoloji reabilitasiya işləri aparılıb.
 

Həmçinin uşağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsi və ona himayəçi təyin olunması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə Agentlik tərəfindən sorğu göndərilib. Cavab məktubuna əsasən, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.


Qeyd edilib ki, Nurcan sığınacaqda olduğu müddətdə mütəmadi olaraq xalası ilə telefon əlaqəsi saxlayıb. Atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin