Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 17-19 noyabr tarixlərində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) başa çatıb.
Qusar rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu il 16 əsas və 2 alt kateqoriya üzrə təşkil olunan yarışlarda 22 ölkəni təmsil edən iştirakçılar arasında 202 nəfəri xarici ölkələrin təmsilçiləri olmaqla 1400-dən çox finalçı seçilib.
Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərindən ibarət “Kavkaz” komandası festivalın ən mürəkkəb və yüksək texniki hazırlıq tələb edən istiqamətlərindən biri olan “CubeSat” kateqoriyası üzrə II yerə layiq görülüb.
Komandanın üzvləri – Mansur Oktay oğlu Babayev və Maqsud Oktay oğlu Babayev mentor David Əliyevin rəhbərliyi ilə yüksək nəticə göstərərək gümüş medala layiq görülüblər.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.


























































































