DİQQƏT: Bu qidalar bağırsaq xərçəngi yaradır

Hazırda oxunan: DİQQƏT: Bu qidalar bağırsaq xərçəngi yaradır

581582

Ultraemal olunmuş qidaların qəbulu bağırsaq xərçəngi riskini 45% artırır.

Bizim.Media xəbər verir ki, “JAMA Oncology” jurnalında dərc olunan yeni araşdırma ultraemal olunmuş məhsulların gənc insanlar arasında yoğun və düz bağırsaq xərçənginin artması ilə əlaqəli olduğunu göstərib.
 

Alimlər ABŞ-də 20 ildən çox müddətdə 29 mindən artıq qadının qidalanma və sağlamlıq məlumatlarını təhlil ediblər. Araşdırma göstərib ki, ultraemal olunmuş məhsulları daha çox yeyən qadınlarda zamanla xərçəngə çevrilə bilən poliplər — adenomanın inkişaf riski belə qidaları az yeyənlərlə müqayisədə 45% daha yüksəkdir.


Buraya geniş yayılmış məhsullar daxildir: qəlyanaltılar, kütləvi istehsal olunan çörəklər, dadlandırıcılarla zəngin səhər yeməkləri, dondurulmuş pizza, şirin və dietik içkilər.

Qastroenteroloq Endryu Çanın sözlərinə görə, risk belə qidaların miqdarı ilə birbaşa əlaqəlidir:

“Nə qədər çox ultraemal olunmuş qida yeyirsinizsə, yoğun bağırsaq poliplərinin yaranma ehtimalı da o qədər artır”.

Çan həmçinin xatırladıb ki, bu qidalar çoxlu şəkər, duz, doymuş yağlar və əlavələr ehtiva edir və onların istehlakının azalması erkən yaşda kolorektal xərçəng riskini aşağı sala bilər.
 

Amma o vurğulayıb ki, “qidalanma bu tendensiyanın tam izahı deyil — klinikada çox sağlam qidalanan, lakin erkən mərhələdə bağırsaq xərçəngi aşkarlanan bir çox xəstəyə rast gəlirik”.


Alimlər 50 yaşdan aşağı insanlarda xəstəliyin artmasının digər mümkün səbəblərini də araşdırmağa davam edir və ultraemal olunmuş qidaların hansı növlərinin daha zərərli ola biləcəyini müəyyən etməyə çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin