Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Aran qəsəbəsi - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Qazel” və “VAZ-21015” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva həyatın itirib. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə xəsarət alıb.
Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu




























































































