Burun əməliyyatı zamanı komaya düşən Nigarın SON DURUMU

Hazırda oxunan: Burun əməliyyatı zamanı komaya düşən Nigarın SON DURUMU

581568

Bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyyatı zamanı komaya düşən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlının vəziyyəti kritik olaraq qalır.
 

MÖVZU İLƏ BAĞLI: 

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT


Bu barədə Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli Bizim.Media-ya məlumat verib.

“Məsələ öz ciddiliyini qoruyub saxlayır. Hələ də Nigar Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olan həkimlər xəstənin vəziyyəti ilə maraqlanmır.
 

İstintaqla bağlı da hazırda yeni bir məlumat yoxdur. Nigarın vəziyyəti isə kritikdir”-deyə vəkil bildirib.


Qeyd edək ki, N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin