Azərbaycanda subayların statistikası niyə APARILMIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda subayların statistikası niyə APARILMIR? – Rəsmi AÇIQLAMA

581567

Adətən statistik məlumatlarda evlənənlərin və boşananların siyahısı verilir, amma subay insanların sayını bilmək görünür maraq dairəsində deyil.

Dövlət Statistika Komitəsi Bizim.Media-nın bununla bağlı sorğusuna bir cümləlik – “Məlumat mövcud deyil, evlənən və boşananların qeydiyyatını isə Ədliyyə Nazirliyi aparır”, – olaraq açıqlama verdi.

Bu isə həm demoqrafik planlaşdırma, həm də sosial siyasət baxımından ciddi boşluq yaradır.
 

Bizdən fərqli olaraq isə Rusiyada subay insanlar, xüsusilə də kişilərin evlilikdən qaçmağı dövləti narahat edir. Hətta subay kişilər barədə ayrıca reyestrlər aparılır.


Dövlətin nikaha girmək üçün kişiləri təşviq etməsi, ilk növbədə, insanın şəxsi seçim azadlığı ilə dövlətin demoqrafik maraqları arasında həssas balans məsələsini gündəmə gətirir.

Evlənmək istəməyən şəxslərə təzyiq göstərilməsi insan hüquqlarının, xüsusən də azadlığının  pozulması kimi qiymətləndirilə bilər.
 

Sosioloqlar bildirirlər ki, Azərbaycan cəmiyyəti də son onilliklərdə ailə institutunun dəyişən dinamikası ilə üz-üzədir.


Gənclərin evlilik yaşının yüksəlməsi, iqtisadi çətinliklər, sosial gözləntilər və həyat tərzinin modernləşməsi subayların sayının artmasına səbəb olur.

Şəfiqə Şəfa, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin