Məlumdur ki, uzun illər Gürcüstan ölkəmiz üçün avtomobillərin əsas ixracatçı ölkəsi olub. Lakin həm quru sərhədlərin bağlı olması, həm də elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən güzəştlər Gürcüstandan avtomobil idxalını xeyli zəiflətdi. Təsadüfi deyil ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan cəmi 6 min 771 ədəd minik avtomobili idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur. Nəqliyyat vasitələrinin dəyəri 181 milyon ABŞ dollarına bərabər olub.
Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 4 min 414 ədəd və yaxud 39,4% azalıb. Hesabat dövründə Gürcüstandan ümumilikdə 2,28 milyard ABŞ dolları dəyərində 92 min 713 ədəd minik avtomobili ixraca yönəldilib. Bunun 7,3%-i Azərbaycanın payına düşüb.
Bəs elektrik və hibrid avtomobillərin idxalına vergi və gömrük rüsumlarına edilən güzəştlərin ləğv edilməsi yenidən bu bazara marağı artıra bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Azərbaycanın hibrid avtomobillərə verdiyi vergi güzəştlərini ləğv etməsi həmin avtomobillərin qiymətinin artmasına səbəb olacaq:
“Qiymətlər artdıqca Azərbaycana gətirilən hibrid avtomobillərə tələb bir qədər zəifləyə bilər. Bununla paralel Gürcüstanın avtomobil bazarına marağı artıra bilər. Nəzərə alaq ki, Gürcüstan vergi koduna görə, elektrik avtomobillərinin idxalı aksizdən və idxal rüsumundan tam azaddır. Hibrid avtomobillərdə isə (məsələn, 0–6 il istehsal dövrü üçün) aksiz vergi 60%-ə qədər azaldılıb. Bundan əlavə, Gürcüstanda texniki baxış zamanı elektrik avtomobilləri üçün 20% endirim tətbiq olunur.
Bu güzəştlər birbaşa idxalçıları və alıcıları cəlb edən mühüm motivasiyadır.
Nəzərə alaq ki, elektrik və hibrid avtomobillər ölkəmizə əsasən Çindən idxal edilirdi. Həmin avtomobillərin çatdırılma müddəti 3 aydan çox çəkirdi. Ona görə də artıq dilerlər Gürcüstan bazarına meyl edəcək. Çünki yol xərci və vaxt baxımından Gürcüstan daha sərfəlidir. Ona görə də Gürcüstandan avtomobil idxalı yanvar ayından arta bilər”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 21.11.2025
Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq – BU TARİXDƏN
Hazırda oxunan: Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq – BU TARİXDƏN
Hazırda oxunan: Avtomobil gətirmək istəyənlər yenə Gürcüstana üz tutacaq – BU TARİXDƏN
581566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ

09:05
Akademik İsa Həbibbəyli: “Türk dünyasının ənənəvi musiqi irsi elmi müstəvidə araşdırılmalıdır”

01:18






















































































