Ötən gün sakinlər arasında göz yaşarması və qıcıqlanması kimi əlamətlər müşahidə edilib.
Xüsusən də günorta saatlarından yaranan göz yaşarması, burun axması və qıcıqlanması ilə müşaiyət olunub. Sosial şəbəkələrdə də bu məsələyə yer verilib və fərqli iddialar səsləndirilib. İddialardan biri isə havada normadan artıq çirklənmə və ya radiasiya olduğu ilə bağlıdır. Üstəlik bu günlərdə yüksək təzyiqdən əziyyət çəkən insanların da sayında artım var.
Maraqlıdır, insanları narahat edən bu əlamətlər nə ilə bağlıdır?
Məsələ ilə bağlı oftalmoloq Məhluqə Quliyeva Bizim.Media-ya bildirib ki, belə simptomlar daha çox havada tozlanma və zərərli qaz tullantılarının artması ilə bağlı yaranır.
“Şəhər mühitidir, onsuz da maşınlardan çıxan tullantı qazlar, kafe-restoranlardan havaya buraxılan tüstülər artıqlaması ilədir. Digər tərəfdən də tozlanma bir az da artanda həssas orqanizmli insanlara təsir edir”
Həkim göz problemi yaşayan insanlara narahatlığı aradan qaldırmaq üçün açıq havada uzun müddət qalmamağı və ehtiyac yarandıqda göz damlalarından istifadə etməyi tövsiyə etdi.
M. Quliyeva qeyd olunan göz yaşarması və qıcıqlanma hallarının radiasiya ilə əlaqəsi barədə iddiaların əsaslı olmadığını vurğulayıb.
“Belə təhlükə olsaydı, rəsmi qurumlar bununla bağlı xəbərdarlıq edərdi”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 20.11.2025
Sakinləri narahat edən göz yaşarması və qıcıqlanma – Havada RADİASİYA, yoxsa ÇİRKLƏNMƏ?
Hazırda oxunan: Sakinləri narahat edən göz yaşarması və qıcıqlanma – Havada RADİASİYA, yoxsa ÇİRKLƏNMƏ?
Hazırda oxunan: Sakinləri narahat edən göz yaşarması və qıcıqlanma – Havada RADİASİYA, yoxsa ÇİRKLƏNMƏ?
581557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































