Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ – İMTAHAN VAR

Hazırda oxunan: Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ – İMTAHAN VAR

581554

Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərin yazılı imtahan verəcəyi tarix məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanan 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108) yazılı imtahan keçiriləcək.

Bununla əlaqədar namizədlər "imtahana buraxılış vərəqəsi"ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin