Deputatdan dərmanların içlik vərəqinə ETİRAZ – “Bu qədər izahat olmaz, qəzet çıxarırsınız?!”

Hazırda oxunan: Deputatdan dərmanların içlik vərəqinə ETİRAZ – “Bu qədər izahat olmaz, qəzet çıxarırsınız?!”

581540

Milli Məclisdə dərman preparatlarının içlik vərəqələri müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı deputat Səyyad Aran parlamentin bugünkü plenar iclasında çıxışı edib.

Deputat seçicilərin ona təqdim etdiyi dərman içlik vərəqələrini təqdim edərək bunların anlaşılmaz formada yazıldığını bildirib:
 

“Bu kağızları mənə seçicilərim verib. Bunlar nədir? Qəzet çıxarırsınız? Bu qədər sicilləmə izahat olar?! Aptekdən dərman alanda əczaçıdan dərmanların üzərinə onun gündə neçə dəfə qəbulu və yeməkdən öncə və sonra qəbul edilməsi haqqında məlumatı yazmağı xahiş edirik. Xəstə adam bunu oxuyandı?! 


Xəstə adamın onsuz da əsəbləri korlanır. Onlar daha çox yaşlı və ya ortayaşlı adamlardır. Bu qədər sicilləmə izahat olmaz. Bu, mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunu heç kim oxumur. Bu, Azərbaycan dili deyil. Bunlar xalq dilində olmalıdır, camaat bunu oxuyanda başa düşməlidir. Bunu həkim başa düşə bilər”.

Milli Məclisin sədri Sahibə Qafaraova deputatın fikirlərinə cavab olaraq bildirib:

“Dünyada qəbul olunmuş təcrübə var ki, dərman vasitəsi ilə bağlı dərman qutusunun içərisində izahat olur. Bu, ayrı cür də ola bilməz”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin