Pensiyaçıların NƏZƏRİNƏ - Nazirdən MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Pensiyaçıların NƏZƏRİNƏ - Nazirdən MÜHÜM AÇIQLAMA

581532

“2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsaitin 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artırılması nəzərdə tutulub. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür”.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə orta pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”, - deyə nazir qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin