Göyçay rayonunun rayonun Potu kəndində yol qəzası baş verib.
Bizim.Media müxbiri xəbər verir ki, hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərdən üçü ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, birinin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media





























































































