Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qara qutusunun TUSAŞ obyektlərində ətraflı araşdırıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazirlik bu barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, araşdırmalar başa çatdıqdan sonra nəticələr tam şəffaflıqla ictimaiyyətə təqdim ediləcək.
"Hazırda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi yük təyyarəmizin qara qutu kimi tanınan FDR (Flight Data Recorder) və CVDR (Cockpit Voice Data Recorder) cihazlarının TUSAŞ obyektlərində öyrənilməsi, həmçinin hadisə yerində təyyarə qəzasını araşdıran komandamızın işi davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridəki 2-ci aviasiya təmir zavodumuzda ətraflı şəkildə araşdırılacaq",
- deyə bəyanatda deyilir.
Bizim.Media




























































































