Bakı Olimpiya Stadionunun ot örtüyünün vəziyyəti barədə AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Bakı Olimpiya Stadionunun ot örtüyünün vəziyyəti barədə AÇIQLAMA - VİDEO

581514

"Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyü gələn il yenilənəcək".

Bizim.Media xəbər verir ki, bu barədə BOS-un Mətbuat Xidmətindən oxu.az-a məlumat verilib.

Bildirilib ki, arena gələn ilin may ayında baş tutacaq Ümumdünya Şəhərsalma Forumu (WUF13) tədbirindən sonra yenidən təmir ediləcək:

"Bakı Olimpiya Stadionunun ərazisində üç təbii ot örtüklü ehtiyat meydança və bir mərkəzi arena mövcuddur. Hazırda üç ehtiyat meydança klublarımız tərəfindən istifadə olunur.

Mərkəzi arena gələn il baş tutacaq WUF13 tədbirindən sonra yenidən təmir ediləcək.

Sözügedən tədbirlə bağlı hazırlıq işlərinə bir müddətdir start verilib.

Növbəti aydan tikinti işlərinin başlanması planlaşdırılır. BOS hər zaman böyük tədbirlərə ev sahibliyi edib və minlərlə insanı bura toplayıb. Bu ənənə növbəti illərdə də davam edəcək".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin