Kanalizasiyaya düşüb ölən Cümşüdə görə bu şəxsə cinayət işi açıldı – VİDEO

Hazırda oxunan: Kanalizasiyaya düşüb ölən Cümşüdə görə bu şəxsə cinayət işi açıldı – VİDEO

581508

“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Cümşüdün ailəsinə KOMPENSASİYA veriləcək? – AÇIQLAMA



Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib.

Amma sahə rəisi həbs edilməyib. Məhkəməyə qədər onun barəsində “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib.

Hazırda prokurorluqda toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşi hakim Gültəkin Əsədova araşdıracaq.

Qeyd edək ki, Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin