Sabah hava necə olacaq? – PROQNOZ

Hazırda oxunan: Sabah hava necə olacaq? – PROQNOZ

581495

Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin