Deputat: “Bu qurumlarda maliyyə monitorinqi aparılmalıdır”

Hazırda oxunan: Deputat: “Bu qurumlarda maliyyə monitorinqi aparılmalıdır”

581494

“2026-cı ilin büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanması xərclərinə 2025-ci illə müqayisədə 4,7 faiz daha çox vəsait ayrılıb. Həmin orqanların maddi-texniki təminatlarının daha da yaxşılaşdırılması və işğaldan azad olunmuş ərazilərdə müvafiq xidmətlərin təşkili ilə bağlı təyin olunan vəsait gələn ilin büdcəsində nəzərə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu deputat Əli Hüseynli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bidirib ki, qısa zamanda işğaldan azad olunmuş ərazilərdə prokurorluğun, polisin, ədliyyə orqanlarının xidməti binaları ya yüksək səviyyədə təmir olunub, ya da yeniləri tikilibdir.

O, publik-hüquqi şəxslərin fəaliyyətləri monitonq edilməlidir: 

“Müasir hüquq sitemi və dövlət idarəçiliyi sürətlə dəyişən sosial-iqtisadi reallıqlara uyğunlaşdırılması məqsədilə yeni mexanizmlərin formalaşması lazımdır ki, bunlardan ən birincisi publik-hüquqi şəxslərdir. 

Bu statusa malik olan qurumlar həm maliyyə, həm də hüquqi baxımdan müstəqil fəaliyyət göstərirlər və dövlətin, ictimai maraqların qorunması onların vacib vəzifəsidir. Hökumət tərəfindən publik-hüquqi şəxslərin saylarının çoxalmasının məqsədə müvafiqliyi bir daha analiz edilməli, fəaliyyətlərinin səmərəliliyi isə maliyyə baxımından monitorinq edilməlidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin