“Təmsil etdiyim Lerik rayonunda mənzil növbəsində olan 102 şəhid ailəsi və müharibə əlili mənzil və ya şəxsi evlə təmin edilib. Hazırda 282 nəfər həssas təbəqədən olan vətəndaş mənzil növbəsindədir. Rayonda bu təbəqədən olan vətəndaşlar üçün sonuncu ev 2019-cu ildə tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas təbəqədən olan vətəndaşlar üçün fərdi və ya çoxmənzilli bina tikintisini dayandırıb”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Həssas təbəqədən olan vətəndaşları təmin etmək üçün nazirlik tərəfindən çoxmənzilli binalar və fərdi evlərin tikintisi həyata keçirilməsini təklif edirəm. Şəhid ailələri və müharibə əlillərinə mənzil vermək üçün nəzərdə tutulan vəsait bu kateqoriyadan olan insanların özünə verilsin, vətəndaş özü evini tiksin və ya harda istəyirsə özünə mənzil alsın və bununla da bu məsələ həll olunmuş olsun”, - deyə deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:02 / 20.11.2025
Lerikin deputatından şəhid ailələrinin mənzil təminatı ilə bağlı TƏKLİF
Hazırda oxunan: Lerikin deputatından şəhid ailələrinin mənzil təminatı ilə bağlı TƏKLİF
Hazırda oxunan: Lerikin deputatından şəhid ailələrinin mənzil təminatı ilə bağlı TƏKLİF
581486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































