Bu ərazilərdə işıq olmayacaq

Hazırda oxunan: Bu ərazilərdə işıq olmayacaq

581457

Bu gün Biləsuvar, Cəlilabad və Yardımlının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Cəlilabad rayonunda 110, Yardımlıda isə 35 kV-luq hava xəttində noyabrın 20-də təmir işləri aparılacaq:
 

“Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndləri, Biləsuvarın Əmənkənd qəsəbəsi, saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin