Eldar Quliyev: “Abşeron İcra Hakimiyyəti 7 hektar boş ərazini kimlərinsə istifadəsinə verib”

Hazırda oxunan: Eldar Quliyev: “Abşeron İcra Hakimiyyəti 7 hektar boş ərazini kimlərinsə istifadəsinə verib”

581385

“Bakı və ətraf ərazilərdə qəbiristanlıqlar çatışmır. Xüsusilə, Maştağa qəsəbəsində Savalan yaşayış massivində 7 hektar boş sahənin bu məqsədlə ayrılması üçün müraciət edilib.

Lakin Abşeron İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi kimlərinsə istifadəsinə verilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bu problemin tezliklə həll olunması üçün köməyə böyük ehtiyac olduğunu qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin