Azərbaycanda hərbi hissəni partlatmağı təklif edən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Azərbaycanda hərbi hissəni partlatmağı təklif edən şəxsə HÖKM OXUNDU

581376

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn açıq çağırışlar edən 1998-ci il təvəllüdlü Qusar sakini Kamran Tahircalın məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, tarix müəllimi işləyən K.Tahircal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

İşin hallarına gəlincə, 25 yaşlı müəllim Qusarda kəndlərin birində olarkən orada yerləşən hərbi hissənin fotosunu çəkərək "WhatsApp"da üzv olduğu qrupa göndərib və "Ləzgistan" dövlətinə birləşdirilməsi məqsədilə həmin hərbi hissənin partladılmasına dair çağırışlar edib.


Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tarix-coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

Universiteti bitirdikdən sonra 2023-cü ilin noyabr ayından etibarən Qusar rayonunda müqavilə əsasında müəllim işləyərək Azərbaycan dilində tarix fənnini tədris edib.
 

Qrupda "gəlin hərbi hissəni partladaq" yazan təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, şəkli göndərəndən sonra 1 ay qrupda qalıb, sonra oradan çıxıb. O, özünü göstərmək üçün belə bir addım atdığını söyləyib, əslində, belə fikirdə olmadığını dilə gətirib.


Tarix müəllimi törətdiyi əməldən peşman olduğunu deyib. Məhkəmə isə onu Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri üzrə təqsirli bilib. (Teleqraf.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin