Ramin Şükürov rüşvət almaqda təqsirli bilindi - Azadlıqda qaldı

Hazırda oxunan: Ramin Şükürov rüşvət almaqda təqsirli bilindi - Azadlıqda qaldı

581372

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq rəisi Ramin Şükürov və onunla birgə mühakimə edilən digər zabitlərin məhkəməsi başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası ev dustaqlığında mühakimə olunan zabitlərin hər birini ağır cinayətlərin törədilməsində təqsirli bilib. Amma müttəhimlərə təyin edilmiş cəzanın real çəkilməsinə zərurət görülməyib.
 

Hökmə əsasən, eks-idarə rəisi Ramin Şükürov və eyni idarənin zabitləri Xalid Əzimov ilə Emil Nəbiyevə şərti cəza verilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin