“İcbari tibbi sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları var ki, onlardan biri onkologiyadır. Bu proqramların icbari tibbi sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ölkəmizdə icbari tibbi sığorta uğurla həyata keçirilir:
“Ən mürəkkəb və yüksək maliyyə tutumlu müayinə və müalicələr icbari tibbi sığorta ilə qarşılanır. Son iki ildə 170 böyrək, 152 qaraciyər, 7 mindən çox oynaq, 23 sümük iliyi, çox sayda kök-hüceyrə transplantasiyası, 25 mindən çox ürək əməliyyatları icbari tibbi sığorta ilə icra olunub”.
O, tibbi sahəsindəki problemlərə də toxunub:
“Əhalinin tibbi sığortadan gözləntiləri var. Onlardan biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanmasıdır. Milli Məclis bununla bağlı müvafiq qanuna dəyişiklik edib. İnanıram ki, bu problem növbəti ildə həllini tapacaq.
İnsanları narahat edən digər məsələ əhaliyə göstərilən ilkin tibbi xidmətin aşağı olmasıdır.
Bu problem xüsusilə, bölgələrdə, kənd yerlərində özünü göstərir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:04 / 19.11.2025
Bu dərmanlar icbari tibbi sığorta hesabına verilə BİLƏR
Hazırda oxunan: Bu dərmanlar icbari tibbi sığorta hesabına verilə BİLƏR
Hazırda oxunan: Bu dərmanlar icbari tibbi sığorta hesabına verilə BİLƏR
581366
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































