“2019-cu ildən qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artaraq 1 milyonu ötüb”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, əmək haqqı islahatı əmək bazarında böyük şəffaflaşma effekti yaradıb:
“Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 481,4 min artaraq 1 milyonu ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5%-dən 54,2%-ə yüksəlib”.
O bildirib ki, qeyri-neft-qaz özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb:
“1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda gündəlik 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınmışdır. Bu, çox böyük iqtisadi nəticədir”.
Nazir 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötdüyünü qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:38 / 19.11.2025
Özəl sektorda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yeri yaradılıb – RƏSMİ
Hazırda oxunan: Özəl sektorda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yeri yaradılıb – RƏSMİ
Hazırda oxunan: Özəl sektorda gündəlik orta hesabla 200-ə yaxın yeni iş yeri yaradılıb – RƏSMİ
581327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































