Tələbələrin bu ödənişi geri qaytarıla bilər

Hazırda oxunan: Tələbələrin bu ödənişi geri qaytarıla bilər

581295

Bəzi ali təhsil müəssisələrində məcburi köçkün statusu olan tələbələrdən təhsil haqqı ödənişi tələb edildiyi hallar müşahidə olunur.

Bəs məcburi köçkün kimi qeydiyyatda olan tələbə universitetin illik təhsil haqqını ödəməlidirmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “metbuat.az”a açıqlama verən hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, məcburi köçkün statusu olan şəxslər dövlət və ya qeyri-dövlət ali təhsil müəssisələrinə qəbul olunduqları zaman təhsil haqqından azad olunmaqla imtiyazlı kateqoriyaya daxildirlər:
 

“Əgər buna baxmayaraq onlardan təhsil haqqı tələb edilibsə, tələbə mütləq şəkildə universitet rəhbərliyinə yazılı ərizə ilə müraciət etməlidir və ödədiyi məbləğ ona geri qaytarılmalıdır.


Bu ödənişin qaytarılmasından imtina olunarsa və ya məsələ yubadılarsa, tələbə ödədiyi vəsaitin geri qaytarılması üçün universiteti məhkəməyə verə bilər və ödənilmiş pulun geri alınmasına nail olmaq mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin