Yevlaxda bıçaqlanma hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin M.Sübhi küçəsində qeydə alınıb.
48 yaşlı Musayev İlkin Ayar oğlu dava zamanı 42 yaşlı İsrəfilov Elnur Arif oğluna bıçaqla zərbələr vurub. Nəticədə Elnur İsrəfilov ağır dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən İlkin Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb. (Lent.az)
Bizim.Media
































































































