Binəqədidəki qəzanın ANBAAN VİDEOSU

Hazırda oxunan: Binəqədidəki qəzanın ANBAAN VİDEOSU

581286

DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi Bakıda maye qaz daşıyan yük avtomobilinin törətdiyi qəzanın görüntüləri yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Qəza səbəbindən bağlanan Bakı-Sumqayıt yolu açıldı


Bizim.Media xəbər verir ki, səhər saat 05 radələrində sıxılmış qaz (LPG) daşıyan yük avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə çırpılıb.

İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.

Hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.


Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Ərazidə hərəkətin təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.
 

“Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir.


Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər” – məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin