Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İlham Dadaşovun anası Elmira xanım vəfat edib.
Bizim.Media xəbər verir ki, şəhid anası Neftçala rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub.
1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib.
Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb. (Modern.az)

Bizim.Media
































































































