Həbsdə olan sabiq bələdiyyə sədri ilə bağlı QƏRAR

Hazırda oxunan: Həbsdə olan sabiq bələdiyyə sədri ilə bağlı QƏRAR

581279

Bakı Apellyasiya Məhkəməsində Yeni Suraxanı bələdiyyəsinin sədri işləmiş Fikrət Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Rüşvətə görə həbs edilən sabiq bələdiyyə sədri HAKİM QARŞISINDA


Bizim.Media xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: İstintaqla müəyyən edilib ki, Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə xeyli şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin