Goranboy İcra Hakimiyyətindəki insidentlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Goranboy İcra Hakimiyyətindəki insidentlə bağlı RƏSMİ AÇIQLAMA

581274

Ötən həftə Goranboy rayon İcra Hakimiyyətində qəbul zamanı insident yaşanması ilə bağlı məlumatlar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İcra Hakimiyyətindəki qəbulda qalmaqal - Vəzifəli şəxs başçının müavininə hücum etdi


Belə ki, rayon Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışdığı iddia edilən Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü A.İskəndərov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.
 

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.



Maraqlıdır ki, 6 sutka həbs alan vəzifəli şəxs barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi hansı tədbir görüb?

Bununla bağlı ADSEA-ya sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, yayılan məlumatda yanlışlıq var:

“A.İsgəndərov su idarəsinin icraçı direktoru deyil. O Qızılhacılı Sudan İstifadəedənlər Birliyinin əməkdaşıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin