Yeni elmi araşdırma gündə cəmi iki siqaret çəkənlərin belə ciddi risk altında olduğunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri PLOS Medicine jurnalında dərc olunub.
Araşdırma göstərir ki, “az çəkmək” təhlükəsiz variant deyil və heç bir kompromis kimi işləmir.
Alimlər ABŞ və Braziliyadan 300 mindən çox insanın qatıldığı uzunmüddətli tədqiqatları təhlil ediblər. Nəticələr nikotin asılılığının insan sağlamlığına vurduğu ziyanın həcmini bir daha üzə çıxarıb:
Gündə 2–5 siqaret çəkənlərdə 15 illik müşahidə dövründə infarkt riski 50% artır, ölüm ehtimalı isə 60% yüksəlir. Gündə 20-dən çox siqaret çəkənlərdə isə vəziyyət daha da ağırdır: onların ölüm göstəriciləri siqaret çəkməyənlərlə müqayisədə üç dəfədən çoxdur.
Tədqiqat həmçinin siqareti tərgidikdən sonra risklərin necə dəyişdiyini də ortaya qoyub.
Nəticələrə görə, ürək-damar xəstəlikləri riski ilk 10 ildə ən sürətlə azalır. Lakin hətta 30 il sonra belə, keçmiş siqaretçilərin riski heç vaxt siqaret çəkməmiş insanların səviyyəsinə tam enmir.
Alimlər xəbərdarlıq edir: təhlükəsiz doza yoxdur, siqaretin “azı” da, “çoxu” da bədən üçün zərərlidir. (musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:38 / 19.11.2025
Günə iki siqaret çəkənlərə heç nə olmur? - Alimlərdən şok xəbərdarlıq
Hazırda oxunan: Günə iki siqaret çəkənlərə heç nə olmur? - Alimlərdən şok xəbərdarlıq
Hazırda oxunan: Günə iki siqaret çəkənlərə heç nə olmur? - Alimlərdən şok xəbərdarlıq
581266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































