Niyə Azərbaycanda saytlar birdən-birə ÇÖKDÜ?

Hazırda oxunan: Niyə Azərbaycanda saytlar birdən-birə ÇÖKDÜ?

581260

Xəbər verdiyimiz kimi Azərbaycan da daxil olmaqla, dünya miqyasında saytların işində nasazlıqlar yaranıb.

Bizim.Media xəbər verir ki, tanınmış İT mütəxəssisi Fərid Pərdəşünas öz sosial media hesabında saytların birdən-birə çökməsinin səbəblərini aydınlaşdırıb.

"Problem qlobal xarakterlidir. "Cloudflare" servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib".

Onun sözlərinə görə, bu platforma beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, "content delivery network" və DNS təminatçısı kimi tanınır:

"Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare" istifadə edən resurslar təsirlənib.

Dövlət saytları (gov .az) təsirlənmədi. Çünki bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər.
 

"Cloudflare" ona görə çökdü ki, servisində "gözlənilməz trafik artımı" qeydə alınıb. Şirkət bunu "spike in unusual traffic" - yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub.


"Cloudflare" qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb", - o qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin