Əməkdar artist Yadigar Muradovun vəfatı sənət camiəsində böyük kədər yaradıb. Mərhumun yaxın dostu, Əməkdar artist Azad Şükürov Yadigar Muradovla bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Sənətçi bildirib ki, Yadigar Muradovla son görüşləri ötən ay yaxın qohumlarının toy mərasimində olub:
“Sonuncu dəfə onunla Rövşən müəllimin övladının toyunda görüşdük. Oturub söhbətləşdik, dərdləşdik. Biz tələbə yoldaşı və iş yoldaşı olmuşuq. Həmişə olduğu kimi, o gün də zarafatından qalmadı. Dedi ki, "bir şey qalmayıb, gedirəm". Mən də "nə danışırsan" dedim, sonra birlikdə gülüşdük. Ailəvi gediş-gəlişimiz var idi. Yadigar çox sədaqətli, peşəsinə ürəkdən bağlı olan bir insan idi".
Azad Şükürov Yadigar Muradovun Şuşaya xüsusi bağlılığından da danışıb:
“İçində böyük Şuşa sevgisi vardı. Şuşanın ilk azad olunduğu vaxtlar birlikdə ora səfər etdik. Deyirdi ki, "Allah qoysa, Şuşaya yenidən gedəndə orada “Arşın mal alan”ı oynayarıq". Təəssüf ki, bu arzusunu reallaşdıra bilmədi".
Qeyd edək ki, uzun illər Azərbaycan mədəniyyətinə xidmət edən Əməkdar artist Yadigar Muradov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 18.11.2025
Azad Şükürov: “Sonuncu dəfə görüşəndə “gedirəm,bir şey qalmayıb” dedi”
Hazırda oxunan: Azad Şükürov: “Sonuncu dəfə görüşəndə “gedirəm,bir şey qalmayıb” dedi”
Hazırda oxunan: Azad Şükürov: “Sonuncu dəfə görüşəndə “gedirəm,bir şey qalmayıb” dedi”
581171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































